26 may tədbiri ilə bağlı, İlk Respublika Meydanında avtonəqliyyatın hərəkəti dayandırıldı
26 may tədbiri ilə bağlı, İlk Respublika Meydanında avtonəqliyyatın hərəkəti dayandırıldı

Gürcüstanın müstəqilliyi gününə həsr olunmuş tədbiri ilə bağlı, səhərdən İlk Respublika Meydanında avtonəqliyyatın hərəkəti dayandırıldı.

Patrul Polisi Departamentinin məlumatına görə, Rustaveli prospektində maşınların axını Elbakidze və Kostava küçələrini keçərək, Elmlər Akademiyası istiqaməti ilə hərəkət edəcək. Elbakidzedən çıxanlar isə, Filarmoniya istiqaməti ilə hərəkət edəcəklər.

Hərəkət 26 may tədbirinin başa çatmasından sonra bərpa olunacaq.