23-24 aprel tarixlərində Gürcüstanda arabir yağıntı gözlənilir, şimşək və küləyin güclənməsi ehtimal edilir
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayır.
Sinoptiklərin proqnozuna görə, 23-24 aprel tarixlərində Gürcüstanda arabir yağıntı gözlənilir, bəzi yerlərdə güclü, şimşək, dolu və küləyin güclənməsi gözlənilir, yüksək dağlıq ərazilərdə isə qar uçqunu təhlükəsi var.
Milli Ətraf Mühit Agentliyinin yazdığına görə, gözlənilən yağıntılar çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb ola bilər (orta təhlükə dərəcəsi).