2019-cu ilin oktyabrın 1-dən Tbilisidə ağ rəngli taksilər hərəkət edəcəklər
2019-cu ilin oktyabrın 1-dən  Tbilisidə ağ rəngli taksilər hərəkət edəcəklər

Paytaxtda 2019-cu ilin oktyabrın 1-dən ağ rəngli taksilər hərəkət edəcəklər.

Bu barədə məlumatı Tbilisinin meri Kaxa Kaladze bugünki iclasda verdi.

Həmçinin, həmin tarixdən etibarən, taksi servisini üç qapılı və sükanı sağda olan avtomobillər təqdim edə bilməyəcəklər.

Kaxa Kaladze iclasda taksi sürücülüyü üçün gərəkən lisenziyalar haqqında da danışdı. Onun dediyinə görə, bu mərhələdə taksi servisinin həyata keçirilməsi üçün 6 200 taksiciyə lisenziya verildi.

Lisenziyasız taksi sürmək üçün 200 lari cərimə ödənilir.

Kaladzenin dediyinə görə, nəqliyyat siyasətinin ikinci mərhələsində vizual standart nəzərə alınacaq və gələn ilin oktyabrın 1-dən şəhərdə hərəkət edən taksilər yalnız ağ rəngdə olmalıdır.

Lisenziyası olan taksi sürücüləri üçün şəhərdə pulsuz parkinq yeri ayrılacaq. Bununla yanaşı, taksi sürücülərinə meriya tərəfindən hazırlanan xüsusi fənərlər veriləcək.

Paytaxt meri ictimaiyyətə yeni taksilərin dizaynını da təqdim etdi.