2008-ci ilin müharibəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Hökumət Administrasiyasının binası üzərində dövlət bayrağı endirilib
2008-ci ilin müharibəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Hökumət Administrasiyasının binası üzərində dövlət bayrağı endirilib

 
2008-ci ilin Rusiya-Gürcüstan müharibəsinin 16-cı ildönümü ilə əlaqədar həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanın Hökumət Administrasiyasının binası üzərində dövlət bayrağı endirilib.

Bu haqda məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayır.

Onların məlumatında, hökumətin sərəncamıyla, Gürcüstanın Abxaziya və Sxinvali bölgələrinin qanunsuz işğalı məqsədilə Rusiya Federasiyası tərəfindən Gürcüstana edilmiş genişmiqyaslı hərbi müdaxilə nəticəsində həlak olmuş qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq, ölkə miqyasında bütün inzibati orqanların binalarının üzərində və Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqlarının endirildiyi deyilir.