Donald Tramp – Minlərlə insanı Yaxın Şərqin müxtəlif ölkələrindən çıxarırıq, bu, sakit və problemsiz həyata keçirilir
Donald Tramp – Minlərlə insanı Yaxın Şərqin müxtəlif ölkələrindən çıxarırıq, bu, sakit və problemsiz həyata keçirilir

Donald Trampın bildirdiyinə, Yaxın Şərqdən amerikalılar təhlükəsiz və maneəsiz şəkildə çıxarılır.

“Biz Yaxın Şərqin müxtəlif ölkələrindən minlərlə insanı çıxarırıq. Bu, sakit və maneəsiz şəkildə həyata keçirilir. Dövlət Departamenti Marko Rubionun rəhbərliyi ilə əla iş görür!” – deyə Tramp sosial şəbəkədə yazır.

„BBC“nin yazdığına görə, Dövlət Departamentinin rəsmi şəxsinin bildirdiyinə görə, müharibə başladığı gündən bu günə qədər “təxminən 24 000 vətəndaş təhlükəsiz şəkildə ABŞ-a qayıdıb“.