Livanın paytaxtı Tripolidə yaşayış binalarının uçması nəticəsində 14 nəfər həlak olub
Livanın paytaxtı Tripolidə yaşayış binalarının uçması nəticəsində 14 nəfər həlak olub

Livanın paytaxtı Tripolidə yaşayış binalarının uçması nəticəsində 14 nəfər həlak olub.

“BBC”nin məlumatına görə, xilasedicilər dağıntılar altından səkkiz nəfəri çıxara biliblər.

Binanın uçma səbəbi onun qəzalı vəziyyətdə olmasıdır. Nəşr yazır ki, ölkədə qanunsuz şəkildə və qaydaları pozaraq inşa edilmiş çoxsaylı binalar var və onların əksəriyyəti 1975–1990-cı illərdə vətəndaş müharibəsi dövründə inşa edilib.