Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze Kvemo Kartli bölgəsində müəllimlər və məktəb ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Bu barədə Təhsil Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, nazir Bolnisi, Dmanisi, Marneuli, Tetritskaro və Tsalka bələdiyyələrinin müəllimləri, məktəb direktorları və valideynləri ilə birliktə ümumi təhsil sistemində islahatlar konsepsiyasını müzakirə edib və mövcud çağırışların həlli yollarından danışıb.
“Məktəb ictimaiyyətinin nümayəndələri ilə görüş sual-cavab formatında keçirilib. İştirakçılar onlar üçün vacib olan məsələlərlə bağlı geniş məlumat alıblar və ümumi təhsil islahatı konsepsiyası ilə bağlı öz fikirlərini və təkliflərini təqdim ediblər.
Görüşdə Kvemo Kartlinin dövlət nümayəndəsi İlia Calağania, Bolnisi şəhərinin meri Zamur Çitanava və Bolnisi Bələdiyyə Şurasının sədri Qiorqi Svanidze iştirak ediblər.
Məktəb ictimaiyyətinin nümayəndələri ilə görüşlərin məqsədi onların təhsil sisteminin inkişafı prosesində fəal iştirakını təmin etməkdir”, – nazirliyin məlumatında deyilib.