Viktor Orban Volodimir Zelenskiyə müraciət edir – Atəşkəs təklifi masadadır, ya qəbul edin onu ya da rədd edin, bu sizin məsuliyyətinizdir

19:42, 18.12.2024

Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenskinin tənqidi bəyanatına münasibət bildirir.

“Biz heç bir təxribata cavab verməyəcəyik. Atəşkəs təklifi masadadır. Ya qəbul edin onu ya da imtina edin. Bu, sizin məsuliyyətinizdir”, – Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsində yazıb.

Volodimir Zelenski dekabrın 17-də Ukraynanın Yerli və Regional Hökumətlər Konqresində çıxışı zamanı Viktor Orbanı tənqid edib.

Ukrayna Prezidenti qeyd edib ki, Ukrayna güclü ölkədir və bunu, döyüş meydanında göstərib.

“Hazırda Avropada başqasının bu cür təcrübəsi varmı? heçkəsin. Orbanın belə ordusu varmı? Xeyir. O, Putinə necə təzyiq həyata keçirəcək? Bir lətifə ilə, bir təbəssümlə? Bunu özü üçün saxlasın”, – Ukrayna mediası Zelenskidən sitat gətirir.

Bundan əvvəl Viktor Orban bildirdi ki, o, Ukrayna prezidentinə Milad atəşkəsi elan etməsi və hərbi əsirlərin genişmiqyaslı mübadiləsi təklifini təqdim etdi, lakin onun söylədiyinə görə, Zelenski bu təklifi rədd etdi.

Oxşar