17 may tarixində Ailə Müqəddəsliyi Günü ilə əlaqədar Gürcüstanın on şəhərində ümumi toplantı və yürüş keçiriləcək
17 may tarixində Ailə Müqəddəsliyi Günü ilə əlaqədar Gürcüstanın on şəhərində ümumi toplantı və yürüş keçiriləcək

17 may tarixində Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü ilə əlaqədar Gürcüstanın on şəhərində ümumi toplantı və yürüş keçiriləcək. Bu barədə Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayır.

Onların məlumatına görə, toplantı Gürcüstanın on şəhərində saat 10:00-da, ümumi yürüş isə bütün şəhərlərdə eyni vaxtda, saat 11:00-da başlayacaq.

Yığıncaq növbəti şəhərlərdə keçiriləcək: Tbilisi – Kaşueti məbədi; Rustavi – meriası; Kutaisi – Ağmaşenebeli adına məbəd; Qori – Diriliş məbədi; Batumi – kafedral məbədi; Axalsixe – Merac məbədi; Zuqdidi – Dadianilər məbədi; Telavi – Məryəm Ana məbədi; Mtsxeta – Teatron; Ozurqeti – kafedral məbədi.

Yığıncaq, Ümumi Gürcüstanın Katolikos-Patriarxı Üçüncü Şionun xeyir-duası ilə keçirilir.

Bununla yanaşı, mayın 17-də Üçlük (Sameba) məbədində Katolikos-Patriarx Üçüncü Şio müxtəlif kilsələrin nümayəndə heyətlərinin iştirak edəcəyi ilk bayram ibadətini (liturgiyasını) icra edəcək.