17 may, Ailə Müqəddəsliyi Günü ilə əlaqədar, Gürcüstanın on şəhərində ümumi yığıncaq və yürüş keçiriləcək
17 may, Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü ilə əlaqədar, Gürcüstanın on şəhərində ümumi yığıncaq və yürüş keçiriləcək. Bu barədə məlumatı Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidməti yayır.
Onların məlumatına görə, yığıncaq Gürcüstanın on şəhərində saat 10:00-da başlayacaq, ümumi yürüş isə bütün şəhərlərdə eyni zamanda, saat 11:00-da başlayacaq.
Yığıncaq növbəti şəhərlərdə keçiriləcək: Tbilisi – Kaşueti məbədi; Rustavi – meriası; Kutaisi – Ağmaşenebeli adına məbəd; Qori – Diriliş məbədi; Batumi – kafedral məbədi; Axalsixe – Merac məbədi; Zuqdidi – Dadianilər məbədi; Telavi – Məryəm Ana məbədi; Mtsxeta – Teatron; Ozurqeti – kafedral məbədi.
Yığıncaq, Ümumü Gürcüstanın Katolikos-Patriarxı Üçüncü Şionun xeyir-duası ilə keçirilir.
Bununla yanaşı, mayın 17-də Üçlük məbədində Katolikos-Patriarx Üçüncü Şio müxtəlif kilsələrin nümayəndə heyətlərinin iştirak edəcəyi ilk bayram ibadətini icra edəcək.