16 ölkənin rezident və qeyri-rezident səfirləri Mixeil Ğaveləşviliyə etimadnamələrini təqdim etdilər
16 ölkənin rezident və qeyri-rezident səfirləri Mixeil Ğaveləşviliyə etimadnamələrini təqdim etdilər

Gürcüstanın Prezident sarayında rezident və qeyri-rezident səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimi keçirilib. Bu barədə Prezident Administrasiyası məlumat yayır.

Administrasiyanın məlumatına görə, Gürcüstan prezidentinə, Mixeil Ğaveləşviliyə etimadnamələr 16 ölkənin — İsrailin, Fransanın, Macarıstanın, İrlandiyanın, Avstraliyanın, Monteneqronun, Cənubi Afrikanın, Çilinin, Qırğızıstanın, Konqonun, Portuqaliyanın, Yeni Zelandiyanın, Belarusun, Misirin Ərəb Respublikalarının, həmçinin Oman Sultanlığı və İordaniya Haşimilər Krallığının rezident və qeyri-rezident səfirləri tərəfindən təqdim edilib.

“Etimadnamə sənədlərinin təqdim edilməsi ilə bağlı rəsmi mərasimin başa çatmasından sonra Mixeil Ğaveləşvili səfirlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze və xarici işlər nazirinin müavini Qiorqi Zurabaşvili iştirak ediblər”, – prezident administrasiyası yazır.