15 apreldən etibarən Diğmura çayı körpüsündə avtonəqliyyat vasitələrinin hərəkəti beş ay müddətinə tamamilə məhdudlaşdırılacaq
Tetri Dukani küçəsində Diğmura çayı üzərində yerləşən zədələnmiş avtomobil körpüsünün sökülməsi və onun yerinə yenisinin tikintisi başlayır. Tbilisi meri məlumat yayır.
Paytaxt merinin məlumatına görə, tikinti ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti 15 aprel saat 00:00-dan etibarən beş ay müddətinə tamamilə məhdudlaşdırılacaq.
“Tetri Dukani və Saracişvili küçələri istiqamətində hərəkət edən avtomobillər alternativ marşrutlarla hərəkət edə biləcəklər. Xüsusilə, Vaşlicvari yaşayış mənətəqəsinə doğru hərəkət Marşal Qelovani prospektindən Vaso Qodziaşvili küçəsi, eləcə də Petre Saracişvili küçəsi vasitəsilə həyata keçiriləcək və bu küçə müvəqqəti olaraq tam ikitərəfli olacaq.
Bələdiyyə nəqliyyatına gəlincə, 430 nömrəli mikroavtobus Davit Ağmaşenebeli küçəsindən Petre Saracişvili küçəsinə Vaşlicvari döngəsindən Marşal Qelovani prospekti vasitəsilə qoşulacaq.
Tbilisi meriyası yaranan narahatlığa görə üzr istəyir”, – meriyanın məlumatında deyilib.