11 Avropa ölkəsinin prezidentinin bəyanatı – hərbi və bəşəriyyətə qarşı törədilən cinayətin iddia müddəti yoxdur, Rusiyadan mülki obyektlərə hücumları dayandırmağı tələb edirik

13:34, 11.10.2022

 

11 Avropa ölkəsi şəhərləri bombalamağın iddia müddəti olmayan müharibə cinayəti olması barədə Rusiyaya xəbərdarlıq edir . Bu barədə Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi raket zərbələrinin pisləndiyi 11 Avropa ölkəsinin prezidentlərinin birgə bəyanatında deyilir.

Bəyanatı Bolqarıstan, Monteneqro, Çexiya, Estoniya, Litva, Latviya, Şimali Makedoniya, Polşa, Rumıniya, Slovakiya və Macarıstan prezidentləri imzalayırlar.

“Xatırladaq ki, hərbi və bəşəriyyətə qarşı törədilən cinayətin iddia müddəti yoxdur və bütün dünya məhkəmələrinin yurisdiksiyasına aiddir. Biz ölkələrimiz adına Rusiyadan mülki obyektlərə hücumları dayandırmasını tələb edirik” – deyə 11 prezidentin birgə bəyanatında deyilir.

Eyni bəyanatda liderlər Rusiya tərəfindən nüvə silahından istifadə təhdidinin qəbuledilməz olduğunu bildirirlər. “Bu kontekstdə biz ölkələrimizi və müttəfiqlərimizi qorumaq öhdəliyimizi təsdiq edirik” -deyə bəyanatda deyilir.

Oxşar