Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi - 2024-cü ildə çoxillik bitkilərin istehsalı 133,6 min ton artıb
2024-cü ildə çoxillik bitkilərin istehsalı 620,5 min ton təşkil edib ki, bu da əvvəlki illin göstəricisi ilə müqayisədə 133,6 min ton (27,4%) çoxdur.
Qeyd olunan məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.
Qurumun məlumatına görə, çoxillik bitkilərin istehsalında artım əsasən üzüm, alma, şaftalı, alma şaftalısı istehsalının artması hesabına baş verib.
“2024-cü ildə üzüm istehsalı 100,8 min ton (45,7%), alma 26,3 min ton (52,2%), şaftalı və alma şaftalısı istehsalı 10,4 min ton (35,4%) artıb.
Hesabat dövründə digər çoxillik bitkilərdə də artım, o cümlədən fındıq, armud, giləmeyvə və digər bitkilərin istehsalında xeyli artım müşahidə olunub. Fındıq istehsalı 17,1% (6,3 min ton), armud istehsalı 20,2% (1,9 min ton), giləmeyvə istehsalı 32,8% (1,9 min ton) artıb”, – nazirliyin məlumatında qeyd edilib.