Ətraf mühitin mühafizəsi tələblərinin pozulmasına görə yeni inzibati sanksiyalar tətbiq edilir
Ətraf mühitin mühafizəsi tələblərinin pozulmasına görə yeni inzibati sanksiyalar tətbiq edilir. Müvafiq dəyişikliklər “İnzibati Xətalar Məcəlləsinə” daxil edilir.
Qanun layihəsində qeyd olunur ki, “Qida ilə təmas üçün nəzərdə tutulmuş, plastikdən hazırlanmış müəyyən məhsulların istehsalı, idxalı və bazara çıxarılmasının qadağan edilməsi haqqında” tələblərin pozulmasına görə 1 000 lari məbləğində cərimə müəyyən ediləcək.
Həmçinin, dəyişikliklərlə müvafiq məhsulların müsadirə edilməsi də nəzərdə tutulur. Layihəyə əsasən, qanun pozuntusunun təkrar törədilməsinə görə 2 000 lari məbləğində cərimə və müvafiq məhsulların müsadirəsi nəzərdə tutulacaq.