Ərəb mediası – İsrail ordusunun Qəzza zolağında səhər saatlarından bəri keçirdiyi hərbi əməliyyatında azı 19 nəfər həlak oldu
İsrail ordusunun Qəzza zolağında səhər saatlarından bəri keçirdiyi hərbi əməliyyatında azı 19 nəfər həlak oldu, – bu barədə ərəb mediası məlumat yayır.
Medianın məlumatına əsasən, təkcə Qəzza şəhərində on nəfər həlak oldu. İsrail hərbçilərinin helikopterlərdən Rəfəh şəhərinə atəş açdığı və Abbasan əl-Kəbirə şəhərini isə artilleriyadan bombaladığı barədə məlumat yayılır.
İsrailin müdafiə naziri İsrael Katzın bildirdiyinə görə, Qəzza zolağına humanitar yardımın çatdırılması hazırki mərhələdə bərpa olunmayacaq. İsrail ordusunun İordan çayının qərb sahilində keçirdiyi hərbi əməliyyat nəticəsində iki nəfər həlak oldu.
Paralel olaraq, İsrailin on fələstinli məhbusu azad etdiyi və onları Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verdiyi məlum oldu.