Əlil Arabasında Qılıncoynatma | İrma Xetsuriani Paris Paralimpiya Oyunlarında ikinci mübarizədə də qalib gəldi və yarımfinaldadır #1TVSPORT
Parisdə davam edən Paralimpiya Oyunlarında Əlil Arabasında Qılıncoynatma üzrə gürcü idmançı İrma Xetsuriani ikinci qələbəsini qazandı və turnirin yarımfinalına keçdi.
Para-idmançımız qılıncoynatmada polşalı İadviqa Paçek üzərində 15:9 hesabı ilə qalib gəldi. İrma Xetsuriani yarımfinalda çinli Ronq Ksiao ilə qarşılaşacaq.
Əlil Arabasında Qılıncoynatma üzrə idmançı Nina Tibilaşvili bir neçə dəqiqədən sonra turnirdə 1/4 final qarşılaşmasını keçirəcək.