"Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanuna edilən dəyişikliklərlə Gürcüstan tərəfindən C5 kateqoriyalı ordinal viza tətbiq olunur
Gürcüstan tərəfindən C5 kateqoriyalı ordinal viza tətbiq olunur. Müvafiq dəyişikliklər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunda yer alır.
Qanun layihəsində qeyd olunub ki, sözügedən kateqoriyalı çoxdəfəli qısamüddətli viza beş illik müddətə verilir və Gürcüstanda qalma müddəti bir il təşkil edir.
Layihədə göstərilir ki, C5 kateqoriyalı adi viza Gürcüstana qısamüddətli məqsədlərlə səyahət edən, ölkəyə turizm məqsədilə daxil olan və yalnız qeyri-rezident şəxsin Gürcüstan xaricindəki fəaliyyəti ilə əlaqəli olduqda onun xeyrinə fəaliyyət göstərmək hüququna malik olan şəxsə veriləcək.
Dəyişikliklərə əsasən, bu kateqoriyalı viza həmçinin şəxsin həyat yoldaşına və yetkinlik yaşına çatmayan uşağına/uşaqlarına da veriləcək.