Əfqanıstan Pakistanla danışıqlara hazır olduğunu bildirir. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Nəşrin məlumatına görə, Əfqanıstanda hücumlar nəticəsində 274 „Taliban“ döyüşçüsü, Pakistandakı hücumlarda isə 55 əsgər öldürülüb.
Hava hücumları başlamazdan əvvəl Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, Əfqanıstan “Taliban”ı Pakistana açıq müharibə elan edib.
Məlumat üçün bildirək ki, Pakistanda bildiriblər ki, “Taliban” Xayber-Paxtunxva vilayətinin bir neçə sektorunda atəş açıb, buna cavab olaraq isə Pakistan qoşunları “dərhal və effektiv reaksiya veriblər, nəticədə düşmən böyük itkilər verib”.
Bundan əvvəl “Taliban”ın hərbi bölməsi Əfqanıstanın Pakistanın sərhəd məntəqələrinə cavab hücumları həyata keçirdiyi barədə məlumat yaydı.