Ədliyyə naziri Paata Salia Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan ilə görüşüb.
Ədliyyə naziri Paata Salia Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan ilə görüşüb.

Gürcüstanın ədliyyə naziri Paata Salia Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyanla görüşüb.

Nazirlikdən verilən məlumata görə, tərəflər ədliyyə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gürcüstan-Ermənistan Hüquq Forumunun iki ölkənin hüquq sahələrinin nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması üçün əhəmiyyəti vurğulanıb.

“Görüşdə Gürcüstan və Ermənistan Ədliyyə nazirlikləri arasında gələcək əməkdaşlıq istiqamətləri də müzakirə olunub.

Paata Salia, həmçinin Aşot Smbatyanı Gürcüstan Ədliyyə Nazirliyinin fəaliyyət sahələri və prioritetləri ilə tanış edib. Nazir erməni həmkarını Tbilisidə qəbul etməyə hazır olduğunu bildirib”, – Gürcüstan Ədliyyə Nazirliyinin məlumatında qeyd edilib.

Görüşdə ədliyyə nazirinin müavini Beka Dzamaşvili iştirak edirdi.