Gürcüstan Ədliyyə naziri müavini vəzifəsinə Akaki Sağiraşvili təyin olundu. Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.
2018-ci ildən bu günə qədər Sağiraşvili İqtisadiyyat və Davamlı İnkişaf naziri müavini vəzifəsində işləyirdi.
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Akaki Sağiraşvili Almaniyanın Fridrix-Vilhelm adına Bonn Universitetinin mülki hüquq magistridir (LL.M. (Magister iuris comperativi / 2004-2006 illər); 1997-2002 illərdə Tbilisi İvane Cavaxişvili adına Dövlət Universitetinin hüquqşünas fakuültəsində oxuyurdu.
Elə onların məlumatına görə, Sağiraşvili 2007-2015 illərdə “Gürcüstan Dəmir Yollarında” müxtəlif məsul vəzifələrində işləyirdi. 2009-2011 pedaqoloji fəaliyyət göstərirdi. İnglis, alman və rus dillərini bilir.
Akaki Sağiraşvili Ədliyyə naziri müavini vəzifəsinin icrasına bu gündən başladı.