Ədliyyə naziri İcra Polisinin əməkdaşlarını peşə günü münasibətilə təbrik edib
Ədliyyə naziri İcra Polisinin əməkdaşlarını peşə günü münasibətilə təbrik edib

Ədliyyə naziri Paata Salia müavinləri ilə birlikdə icra polisi əməkdaşlarını peşə günü münasibətilə təbrik edib.

Paatə Salia fəaliyyətdə göstərdikləri yüksək peşəkarlığa görə əməkdaşlara xüsusi dövlət rütbəsi verib və xidmət vəzifələrini vicdanla yerinə yetirdiklərinə görə təşəkkür edib.

Nazir vurğulayıb ki, İcra Polisi işlərin tərəflər arasında razılaşma yolu ilə həll olunması üçün mediasiya alətindən istifadə etməyə yönəlib. Bu yanaşma nəticəsində son illər ərzində işlərin 80 faizdən çoxu tərəflər arasında razılaşma yolu ilə başa çatır.

Tədbir çərçivəsində ədliyyə naziri İcra Polisinin xüsusi texnikasına və avadanlığına baxış keçirib.