Ədliyyə naziri Anri Oxanaşvili İrakli Beraianı müavin vəzifəsinə təyin edib
Ədliyyə naziri Anri Oxanaşvili İrakli Beraianı müavin vəzifəsinə təyin edib

Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili İrakli Beraianı müavin vəzifəsinə təyin edib. Məlumatı Ədliyyə Nazirliyi yayır.

“İrakli Beraia ixtisası üzrə iqtisadçıdır. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. İrakli Beraia qanunvericilik fəaliyyətində çoxillik təcrübəyə malikdir; O, Gürcüstan parlamentinin 9-cu, 10-cu və 11-ci çağırış parlamentinin üzvü olub. İrakli Beraia siyasi fəaliyyətindən əvvəl bank sektorunda uğurlu karyeraya malik olub”,- Nazirliyin məlumatında qeyd olunub.