Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya nümayəndələri arasında görüş keçirilir
Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya nümayəndələri arasında üçtərəfli görüş keçirilir.
İşgüzar qruplar qapalı qapılar arxasında görüşürlər. Məlum olduğu kimi, danışıqlar iki gün davam edəcək. Prezident Volodimir Zelenskinin dediyinə görə, müzakirə olunacaq əsas məsələ ərazilərdir. Xüsusilə Donetsk və Luqansk vilayətləri.
Nümayəndə heyətinə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin müşaviri Cared Kuşner daxildir. Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerov, həmçinin Prezident Ofisinin rəhbəri Kirill Budanov və onun müavini Sergey Kislitsa, “Xalqın Xidmətçisi” fraksiyasının lideri David Araxamia və Ukrayna Baş Qərargah rəisi Andrey Qnatov daxildir.
Rusiya tərəfinə gəlincə, nümayəndə heyətinə Baş İdarənin rəisi İqor Kostyukov, prezidentin müşaviri Yuri Uşakov və mətbuat katibi Dmitri Peskov rəhbərlik edir.