Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi başlayıb

16:40, 24.01.2026

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi başlayıb.

Rusiya mediasının məlumatına görə, tərəflər arasında görüşlər müxtəlif formatlarda keçirilir və bu gün də danışıqlar qapalı qapılar arxasında keçiriləcək.

23 yanvarda nümayəndə heyətləri arasında danışıqların birinci mərhələsi başa çatdıqdan sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerov tərəflərin “Rusiya müharibəsinə son qoymaq üçün parametrləri” müzakirə etdiklərini bildirib.

Bununla yanaşı, dünənki danışıqların əsas mövzusunun bufer zonaları və nəzarət mexanizmləri olduğu məlum olur.

Əbu-Dabidəki nümayəndə heyətinə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin müşaviri Cared Kuşner daxildir. Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerov, həmçinin Prezident Aparatının rəhbəri Kirill Budanov və onun müavini Sergey Kislitsa, “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamia və Ukrayna Baş Qərargah rəisi Andrey Qnatov daxildir. Rusiya tərəfinə gəlijncə, nümayəndə heyətinə Baş İdarənin rəhbəri İqor Kostyukov rəhbərlik edir və onun tərkibinə Prezidentin müşaviri Yuri Uşakov və Müdafiə Nazirliyinin rəhbər şəxsləri daxildir.

Oxşar