Zuqdididə koronavirusun iki yeni halı təsdiq olundu
Zuqdididə koronavirusun iki yeni halı təsdiq olundu

Zuqdidi İctimai Sağlamlıq Mərkəzinin məlumatına görə, Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında koronavirus üzrə 511 nümunəni yoxladılar.

Nəticələrə əsasən, 509 mənfi və iki müsbət cavab çıxdı. Hallar Lenceri klasteri ilə əlaqədardır. Təsdiq olunan hər iki hal Ruxi Klinikasının pasiyentidir.

Yoxlanılanlar qızdırma mərkəzinin 14 pasiyenti, 38 tibb personalı, DİN-in 268 əməkdaşı və epid-partlayış ocağında olan 46 vətəndaş idi.

Həmçinin Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında karantin rejimindən 8 və izolasiyada olan on şəxsi yoxladılar.