Yunanıstanda 41 qeyri-leqal miqrantı daşıyan yük avtomobilinin gürcü sürücüsünü yaxaladılar
Yunanıstanda 41 qeyri-leqal miqrantı daşıyan yük avtomobilinin gürcü sürücüsünü yaxaladılar

Yunanıstan polisi 41 qeyri-leqal miqrantı daşıyan yük avtomobilinin gürcü sürücüsünü yaxaladı. Bu barədə məlumatı “Ekatimerin” yunan nəşri yayır.

Maşın-soyuducunun sürücüsünü hüquqmühafizəçilər ölkənin şimal hissəsində, Ksanti şəhəhərində yaxaladılar. İlkin məlumata görə, miqrantlar Əfqanıstandandılar. Lakin polis onların kimliyinin müəyyənləşdirilməsi prosesini başa çatdırmayıb.

Yunan nəşri yazır ki, polis tərəfindən maşının yoxlanılması zamanı soyuducu işləmirdi.

Yaxalanan sürücü sorğu üçün polis şöbəsinə aparılıb.