Yunanıstanda son 24 saat ərzində koronavirusun 203 yeni halı aşkar edildi

14:27, 10.08.2020

Yunanıstanda son 24 saat ərzində koronavirusun 203 yeni halı aşkar edildi. Bu isə, ölkədə bir gündə aşkar edilən halların ən yüksək göstəricisidir.

Virisun hallarının əksəriyyəti Afina və Salonikdə aşkar edilib.

Yunanıstan hakimiyyəti pandemiya ilə bağlı yeni tədbirlərin elan edilməsini bu həftə planlaşdırır.

Ölkədə virusa cəmi 5 623 hal aşkar edilib və 212 insan vəfat edib.

Oxşar