Yüksək dağlıq bölgələrdə pensiya 240 lari olacaq
Yüksək dağlıq bölgələrdə pensiya 240 lari olacaq

Yüksək dağlıq statusu olan rayonların əhalisi üçün gələn ilin yanvar ayından pensiyalar 216 lari əvəzinə 240 lari olacaq.

Bu barədə məlumatı jurnalistlərə parlamentin üzvü Zakaria Kutsnaşvili verdi.

Gürcüstanda yüksək dağlıq statusu 1 600-ə qədər rayona verilib.

Pensiyanın artırılması 2019-cu ilin dövlət büdcəsi layihəsi ilə nəzərdə tutulub.

Yüksək dağlıq statusu olmayan rayonlarda isə pensiya 200 lari olacaq.