Yens Stoltenberq - hesab edirik ki, seçkilər yüksək standartlara müvafiq olaraq keçiriləcək, bu Gürcüstan üçün və NATO üçün vacibdir
Yens Stoltenberq - hesab edirik ki, seçkilər yüksək standartlara müvafiq olaraq keçiriləcək, bu Gürcüstan üçün və NATO üçün vacibdir

Hesab edirik ki, seçkilər yüksək standartlara müvafiq olaraq keçiriləcək, bu Gürcüstan üçün və NATO üçün vacibdir, – bu barədə NATO-nun baş katibi, Yens Stoltenberq Brüsseldə Gürcüstanın baş naziri, Giorgi Qaxariya ilə görüşdən sonra, birgə mətbuat konfransında bəyan etdi.

“Biz görüşümüz zamanı həmçinin Gürcüstan və NATO arasında Qara Dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq barəsində söhbət etdik. Müttəfiqlər razılaşırıq ki, daha artıq əməkdaşlıq edək, aviaradarlar göstəricilərilə paylaşaq, Qara Dəniz bölgəsində birgə təlimlər prosesində əməkdaşlıq edək.

NATO-nun Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı dəstəyi beynəlxalq aləmdə tanınan sərhədlər çərçivəsindədir. Biz Rusiyanı Abxaziya və “Cənubi Ostetiya” bölgəsinin tanınmasını geri götürməyə və öz qoşunlarının çıxarılmasına çağırırıq.

Gürcüstanın islahatların həyata keçirilməsi prosesində tərəqqisini alqışlayırıq.

Hesab edirik ki, seçkilər yüksək standartlara müvafiq olaraq keçiriləcək, bu Gürcüstan üçün və NATO üçün vacibdir. Gürcüstanın NATO ilə partnyorluğu bizim hamımızı daha artıq təhlükəsiz edəcək”, – Yens Stoltenberq bəyan etdi.

Şərh yaz