Yens Stoltenberq Gürcüstana rəsmi səfərini başa çatdırdı
Yens Stoltenberq Gürcüstana rəsmi səfərini başa çatdırdı

NATO-nun baş katibi, Yens Stoltenberq Gürcüstana rəsmi səfərini başa çatdırdı.

Yens Stoltenberq Gürcüstana dünən gəldi. Rəsmi görüşlərə isə, bu gündən başladı.

Səfər çərçivəsində, NATO-nun baş katibi Gürcüstanın baş naziri, Mamuka Baxtadze, Gürcüstan prezidenti Salome Zurabişvili və Parlamentin sədri İrakli Kobaxidze ilə görüşlər keçirdi.

NATO-nun baş katibi, Yens Stoltenberq NATO-Gürcüstanın birgə hərbi təlimləri və dəyərləndirmə mərkəzində (JTEC) idi. Yens Stoltenberq “NATO-Gürcüstan təlimləri 2019”-un gedişatı ilə tanış oldu.