Yaponiyada son bir gün ərzində koronavirusun 2 688 halı aşkar edildi
Yaponiyada son bir gün ərzində koronavirusun 2 688 halı aşkar edildi

Yaponiyada pandemiyanın başlamasından bu günə qədər koronavirusun rekord sayı aşkar edildi. Son bir gün ərzində koronavirusun 2 688 halı qeydə alındı. Məlumatı Yaponiya Səhiyyə Nazirliyinə istinad edərək “CNN” yayır.

Yaponiyada koronavirusa yoluxmanın cəmi 145 365 halı qeydə alınıb.

Son 24 saat ərzində ölkədə virusdan 32 insan vəfat etdi və ölənlərin ümumi sayı 2 119-u təşkil edir.

İntensiv terapiya şöbəsində virusa yoluxmuş 400 pasiyen müalicə olunur.