XİN - 15 may göstəriciləri ilə, xaricdə olan Gürcüstanın 20 302 vətəndaşına yerində yardım göstərildi, vətənə isə, 11 046 vətəndaş qaytarıldı
XİN - 15 may göstəriciləri ilə, xaricdə olan Gürcüstanın 20 302 vətəndaşına yerində yardım göstərildi, vətənə isə, 11 046 vətəndaş qaytarıldı

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2020-ci il 15 may göstəriciləri ilə, Gürcüstanın yerli diplomatik nümayəndələri tərəfindən xaricdə olan Gürcüstanın 20 302 vətəndaşına yerində yardım göstərildi, vətənə isə, hökumətin yardımı ilə 11 046 vətəndaş qaytarıldı.

“Gürcüstan Xarici İşlər Nazirliyinin veb səhifəsində, “COVID-19″ virusunun yayılması şəraitində xaricdə olan Gürcüstan vətəndaşlarına yardım barəsində məlumat hər gün yeniləşdirilir.

Qeyd olunan iki növ məlumatı əhatə edir, vətənə qaytarılana qədər xaricdə olan vətəndaşların qayğısına qalınması və onların mərhələ şəklində qaytarılması statistikası.

Məlum olduğu kimi, vətəndaşlar Nazirliyin veb səhifəsində və Gürcüstanın diplomatik nümayəndəliklərinin veb səhifəsində elektron forma ilə xüsusi ərizə yazmalıdırlar. Qeyd olunan ərizədə olan göstəricilərin öyrənilməsindən sonra müvafiq qərar qəbul olunur”, – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Yaxın gələcəkdə, koordinasiya şurası tərəfindən müəyyən edilmiş aviareyslər çərçivəsində qarşıdakı uçuşlar planlaşdırılıb:  18 may Larnaka-Tbilisi, 20 may Afina-Tbilisi, 22 may Roma-Tbilisi.