Xarici medya - Yeni Zelandiyada məscidlərə hücümun edən şəxsin ilham qaynağı Anders Breivik olub
Xarici medya - Yeni Zelandiyada məscidlərə hücümun edən şəxsin ilham qaynağı Anders Breivik olub

Yeni Zelandiyada məscidlərə hücümun edən şəxsin ilham qaynağı Anders Breivik olub.

Bu barədə 28 yaşlı Brenton Tarant yaydığı “Antimiqrasiya manifestin”-də yazır.

74 səhifəlik sənəddə hücum edən şəxs özünü adi bir “ağ dərili” insan adlandırır və bəyan edir ki, yüzlərlə qatil haqqında yazılar oxuyub və onların arasında Dilan Ruf da var idi, hansı ki, 2015-ci ilin iyulun 17-də Çarston şəhərinin kilsəsində atəş açaraq, doqquz nəfəri öldürdü.

Brentonun yazdığına görə, bir çox bənzər materialla tanış olduqdan sonra qərar verdi ki, onun üçün real ilham qaynağı Anders Breivik oldu.

Norveçli terorist 2011-ci ilin iyul ayında 77 nəfəri öldürdü.

Brenton öz “manifestində” yazır ki, o əslən Şotlandiya, İrlandiya və İngiltərədəndir, ancaq teraktı planlamaq üçün Zelandiyaya gəlib. O açıqlayır ki,  2017-ci ildə, Stokholmda baş verən terakt zamanı  həlak olan Eba Akerland üçün intiqam aldı.

Yeni Zelandiyada, dünən Kraistçerç şəhərinin iki məscidində baş verən terakt nəticəsində ölənlərin sayı 50-yə yaxındır. Polisin məlumatına görə, bu vaxt üçün xəstəxanaya 48 nəfər yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti xüsusi ilə ağırdır. Yayılan məlumata görə, yaralananların arasında uşaqlar da var.

İlk hücum Al Nuri məscidində baş verdi, hansında teror zamanı 300 nəfər var idi. Görənlərin dediyinə görə, qara paltarlı adam məscidə daxil olub, oradaki insanlara atəş etməyə başladı. O öncə kişiləri güllələdi, sonra isə, qadınların ibadət etdiyi yerə atəş etdi. Polis gələnə qədər terorist hadisə yerindən qaçmışdı. Bu insindentdən qısa müddətdən sonra, növbəti hücüm Kraistçer şəhərində yerləşən yenə bir məscidə edildi.

İki məsciddə teror faktı ilə bağlı polis Avstraliya vətəndaşı olan Brenton tarantı həbs etdi. Hücum edənə qədər Brenton Tarant internetdə “Antimiqrasiya manifestini” yaydı və öz hərəkətlərini sosiyal şəbəkə vasitəsi ilə translyasiya edirdi və teror aktları olaraq adlandırırdı.

Şərh yaz