Velissixe kəndində, mini stadionda futbol oynadığına görə 11 nəfəri cərimələdilər
Velissixe kəndində, mini stadionda futbol oynadığına görə 11 nəfəri cərimələdilər

Qurcaani munisipalitetinin Velissixe kəndində yerləşən mini stadionda polis futbolun 11 oyunçusunu cərimələdi.

Məlumatı Qurcaani Meriyasında təsdiq edirlər və bəyan edirlər ki, ölkədə koronavirus ilə bağlı fövqəladə durumundan irəli gələrək, polisin xəbərdarlığına baxmayaraq, stadionda 11 yerli hər halda futbol oynayırdı. Gürcüstan prezidenti və hökuməti sərəncamına müvafiq olaraq polis onların hər birini 3 000 lari ilə cərimələdi.

Fövqəladə durumla müəyyən olunmuş qaydarın müdafiəsi ilə bağlı Kaxeti bölgəsində nəzarət sərtləşdirilib və polis bölgə miqyası ilə monitorinqi 24 saat ərzində həyata keçirir.

Dövlət tərəfindən fövqəladə rejimin qaydalarının pozulması fiziki şəxs üçün 300 lari ilə, hüquqi şəxs üçün 15 000 lari ilə cəriməni nəzərdə tutur. Pozuntunun təkrar olunması cinayət məsuliyyətinə cəlb olunmanı nəzərdə tutur.