Vaksinasiya prosesinə cari həftədən hökumət və parlament üzvləri qoşulacaqlar
Vaksinasiya prosesinə cari həftədən hökumət və parlament üzvləri qoşulacaqlar

Vaksinasiya prosesinə cari həftədən hökumət və parlament üzvləri qoşulacaqlar, – bu barədə idarələrarası koordinasiya şurası yanında mövcud olan operativ qəragahın sədri, Giorgi Ğibradze, hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

“Şura bugünki iclasda vaksinasiyanın genişləndirilməsi məsələsini müzakirə etdi. Daha dəqiq olaraq, cari həftə, Vaksinasiya prosesinə hökumət və parlament üzvləri qoşulacaqlar”, – Ğibradze bəyan etdi.

Bununla yanaşı, Ğibradzenin dediyinə görə, vaksinasiya prosesinə turizm və ev sahibliyi sektorunda işlə təmin olunan insanlar, həmçinin ictimai nəqliyyat sürücüləri və nəzarətçilər qoşulacaqlar.