Vaja Siradze media vasitələrini Sereteli prospektində "MBC" binasında mövcud durumun birbaşa efirininin yayılmasının dayandırılmasına çağırır
Vaja Siradze media vasitələrini Sereteli prospektində "MBC" binasında mövcud durumun birbaşa efirininin yayılmasının dayandırılmasına çağırır

Patrul Polisinin rəisi, Vaja Siradze media vasitələrini Sereteli prospektində “MBC” binasında mövcud durumun birbaşa efirininin yayılmasının dayandırılmasına çağırdı.

Siradze jurnalistləri hələlik dəqiqləşdirilməmiş olan məlumatı yaymamaqlarına çağırdı.

“Həmçinin sizdən xahiş və müraciət edirəm ki, birbaşa efirləri dayandırasınız, çünki bunların hamısı necə vətəndaşların və eləcə də hüquqmühafizə orqanları nümayəndələrinin həyatına təhlükə yaradır. Tələblərə və bütün detallara gəldikdə, mərhələ şəklində təfərrüatlı məlumat çatdıracam. Bu mərhələ üçün əməliyyat aparılır, müvafiq olaraq, çox xahiş edirəm, layv qoşulmaları etməyəsiniz və dəqiqləşdirilməmiş məlumatı yaymayasınız”, – Siradze bəyan etdi.

Rəsmi məlumatla “MBC” mikromaliyyə təşkilatının filiallarından birində doqquz girov və bir silahlı şəxs var. Daxili İşlər Nazirliyinin məlumatına görə, Sereteli prospektində baş verən fakt üzrə istintaq odlu silahın qanunsuz əldə edilməsi-saxlanılması-gəzdirilməsi və soyğunçuluq maddəsi ilə aparılır.