Ukraynada son 24 saat ərzində koronavirusun 564 halı aşkar edildi, 21 pasiyent vəfat etdi
Ukraynada son 24 saat ərzində koronavirusun 564 halı aşkar edildi, 21 pasiyent vəfat etdi

Ukraynada son 24 saat ərzində koronavirusun 564 halı aşkar edildi, 21 pasiyent vəfat etdi. Bu barədə məlumatı Ukrayna mediası ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Rəsmi göstəricilər ilə, Ukraynada “COVID-19”-un 49 607 halı qeydə alınıb. Vəfat edənlərin ümumi sayı 1 283-ü təşkil edir.

Son 24 saat ərzində koronavirusdan müalicə olunanların sayı 490-ə qədər artdı və ümumilikdə 22 193-ü təşkil etdi.