Ukraynada koronavirus nəticəsində vəfat edənlərin sayı mini aşdı
Ukraynada koronavirus nəticəsində vəfat edənlərin sayı mini aşdı

Ukraynada koronavirus nəticəsində vəfat edənlərin sayı mini aşdı. Səhiyyə Nazirliyinin veb səhifəsində dərc olunan göstəricilərdə qeyd olunub ki, epidemiyanın başlamasından bu günə qədər virus nəticəsində Ukraynada 1 002 insan vəfat edib.

Ukraynada “COVID-19” cəmi 36 560 insanda təsdiq olundu. 735 yoluxma halı son 24 saat ərzində aşkar edildi. Son bir gün ərzində səkkiz insan vəfat etdi.