Uxandan Belçikaya təxliyyə edilən vətəndaşda koronavirus aşkar edildi
Uxandan Belçikaya təxliyyə edilən vətəndaşda koronavirus aşkar edildi

Belçikada yeni koronavirusun ilk halı qeydə alındı. Məlumatı Belçika İctimai Yayımçısı səhiyyə idarəsinə istinad edərək yayır.

Virusa yoluxan Çindən yeni geri dönən qadındır. O, Fransa tərəfindən Çindən təxliyyə edilmiş çəxslər arasında idi.

Qeyd olunasıdır ki, qadın özünü yaxşı hiss edir və onda xəstəliyin simptomları bu vaxta qədər biruzə verməyib. O, Brüsselin Sen Piyer Xəstəxanasına yerləşdirlib.

Çində koronavirus nəticəsində 400-dən artıq insan həlak oldu. Bir nəfər Honq Konqda, bir nəfr isə, Filippində dünyasını dəyişdi.