Tuşetiyə doğru gedən yolda yaranan göldə suyun səviyyəsi yenə artıb - Videokadrlar

Tuşetidə güclü yağışlara görə, Pşaveli-Abano-Omalo avtomobil yolunda nəqliyyatın hərəkat etməsi qadağandır. Orada yol hərəkatını patrul polisi nəzarət edir.

Son məlumata görə, yağış nəticəsində yaranan sünii göldə suyun səviyyəsi yenə artıb.

Axmeta meri Soso Karumaşvilinin bəyanatına görə, yol təmizləmə işləri yağış dayandan sonra başlayacaq.

“Hadisə yerində müvafiq texnika mobilizə edilib. Hazırda, yağış durmamış burada hərəkət etmək mümkün deyil. Əhaliyə müraciət edirəm ki, müvəqqəti olaraq, yola çıxmasınlar” – dedi  İoseb Karumaşvili.