Türkiyədə son bir gün ərzində koronavirusun 4 542 yeni halı aşkar edildi
Türkiyədə son bir gün ərzində koronavirusun 4 542 yeni halı aşkar edildi

Türkiyədə son bir gün ərzində koronavirusun 4 542 yeni halı aşkar edildi. Müvafiq məlumatı ölkənin Səhiyyə Nazirliyi yayır.

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 123 pasiyent vəfat etdi.

Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusun 430 170 halı qeydə alınıb, 364 573 pasiyent müalicə olunaraq sağalıb, 11 943 pasiyent vəfat edib.

Hazırda Türkiyədə koronavirusun 53 645 aktiv halı var. Buradan 3 850 pasiyentin vəziyyəti kritikdir.

Şərh yaz