Türkiyədə bəyan edirlər ki, İdlibdə həyata keçirilən hava hücumu nəticəsində iki türk əsgəri həlak oldu
Türkiyədə bəyan edirlər ki, İdlibdə həyata keçirilən hava hücumu nəticəsində iki türk əsgəri həlak oldu

Türkiyədə Müdafiə Nazirliyinin məlumatına görə, İdlibdə həyata keçirilən hava hücumu nəticəsində iki türk əsgəri həlak oldu, beşi isə yaralandı.

“Reuters” agentliyinin məlumatına görə, türk hərbçiləri Suriya hökumət ordusu hücumu nəticəsində həlak oldular.

Xatırladaq ki, bir neçə saat bundan əvvəl Rusiya Suriya ərazilərini bombaladı. Rus mediasının məlumatına görə, hücum İdlibdə terroruçulara qarşı həyata keçirildi.

Ona qədər məlumat yayıldı ki, Türkiyə ordusu İdlibdə Bəşər Əsədin rejiminə qarşı hərbi əməliyyata başladı. Medianın məlumatına görə, Türk qoşunları Suriya müxalifəti ilə birlikdə hərəkət edir.

Şərh yaz