Türkiyə hakimiyyəti komendant saatının daha dörd gün ilə uzadılmasını planlaşdırır
Türkiyə hakimiyyəti komendant saatının daha dörd gün ilə uzadılmasını planlaşdırır

Türkiyə hakimiyyəti ölkədə komendant saatının daha dörd gün ilə uzadılmasını planlaşdırır. Məlumatı “Anadolu” türk informasiya agentliyi yayır. Ölkənin 31 vilayətində komendant saatı 23-dən 26 aprelədək uzadılacaq.

Xatırladaq ki, buna qədər komendant saatı şənbə-bazar günü tədbiq olunmuşdu.

Ölkədə son göstəricilərlə koronavirusa 86 306 insan yoluxub, həlak olanların sayı 2 017 insanı təşkil edir. 11 976 pasiyent virusdan müalicə olundu.