Tsnoridə avtoqəza nəticəsində 20 yaşlı gənc həlak olub
Tsnoridə avtoqəza nəticəsində 20 yaşlı gənc həlak olub

Siğnaği munisipalitetinin Tsnori şəhərində baş verən avtoqəza nəticəsində bir nəfər həlak oldu.

Yüksək sürətlə gedən avtomobil öncə divara, sonra isə ağaca toqquşub.

Avtomobilin içində olan 20 yaşlı gənc qəza yerində həyatını itirdi, 18 yaşlı sürücü isə, yaralıdır və “Arkimede” klinikasına yerləşdirilib.

Həkimlərin dediyinə görə, onun vəziyyəti də ağırdır.

Baş verən qəza ilə bağlı istintaq aparılır.