Tengiz Sersvadzenin sağlamlıq vəziyyəti sabitdir
Tengiz Sersvadzenin sağlamlıq vəziyyəti sabitdir

Tbilisi İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadzenin sağlamlıq vəziyyəti sabitdir, onun artıq hərarəti yoxudur.

Bu barədə Gürcüstanın Birinci Kanalına Tbilisi İnfeksiya Xəstəxanasının mətbuat xidmətindən bildirdilər.

Mətbuat xidmətinin məlumatına görə, Tengiz Sersvadzedə ikitərəfli pnevmoniya, boğaz ağrısı və öksürək müşahidə olunur, lakin onun sağlamlıq vəziyyəti sabitdir.

Tbilisi İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadzedə koronavirus 17 noyabrda təsdiq olundu. O, Tbilisi İnfeksiya Xəstəxanasında müalicə olunur.