Tengiz Sersvadze bəyan edir ki, Gürcüstanda koronavirusa yenidən yoluxma halı hələ təsdiq olunmayıb
Tengiz Sersvadze bəyan edir ki, Gürcüstanda koronavirusa yenidən yoluxma halı hələ təsdiq olunmayıb

Bizdə koronavirusa yenidən yoluxmanın heç bir halı təsdiq olunmayıb, – bu barədə İnfeksiya Patologiyası və QİÇS Mərkəzinin direktoru, Tengiz Sersvadze Gürcüstanın Birinci Kanalına bəyan etdi.

“Müxtəlif insanlardan məlumat gəlir ki, onlar yenidən yoluxublar. Bu cür xəstələr Luqar Xəstəxanasına göndərilıirlər ki, onların xətəliyini əmələ gətirən virusun xüsusiyyətləri araşdırılsın. Hələ heç bir hal, həqiqətən yenidən yoluxma halı bizdə təsdiq olunmayıb. Yəni, yenidən yoluxublar deyənlərin heç birində, başqa virusa yoluxduqları təsdiq olunmayıb”, – Tengiz Sersvadze bəyan etdi.