Tea Tsulukiani - "Şəffaflıq Gürcüstan" siyasi prosesə qoşulub, lakin, siyasətin də öz qaydaları var və gələcəkdə ölkənin təhqir olunmasına susacaq deyiləm
Tea Tsulukiani - "Şəffaflıq Gürcüstan" siyasi prosesə qoşulub, lakin, siyasətin də öz qaydaları var və gələcəkdə ölkənin təhqir olunmasına susacaq deyiləm
Anlayıram ki, “Şəffaflıq Gürcüstan” siyasi prosesə qoşulub, lakin, lakin, siyasətin də öz qaydaları var. Əsas qayda və qırmızı xətt öz vətənindən keçir. Gələcəkdə ölkənin təhqir olunmasına susacaq deyiləm, – bu haqda Gürcüstanın Ədliyyə naziri, Tea Tsulukiani jurnalistlərə bəyan etdi.

Tea Tsulukiani qeyd etdi ki, Daniyada yüksək səviyyəli anti-korrupsiya konfransı keçirildi, görüşdə hər kəs Gürcüstanı uğurlu bir ölkə olaraq adlandırırdı.

“Konfransda hər kəs Gürcüstanı, doğru yolda olmaq üçün xərclədiyi güc üçün təriflədi. Bu mənim sözlərim deyil, xarici dost və əməkdaşların sözləridir. Gürcüstan və gürcü xalqını konfransda, önəmli institutlar olan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, bizim regiondan ölkələr  tərifləyirdilər. Konfransda heç kəs Gürcüstanı tərifləməkdən çəkinmədi”, – Tea Tsulukiani bəyan etdi.

Onun dediyinə əsasən,  auditoriyada ayağa qalxıb, Gürcüstanı təhqir etməyə başlayan “Şəffaflıq Gürcüstanın” rəhbərlərindən biri idi. O, dedi ki, Gürcüstan uğurlu bir ölkə deyil.

“Hər kəsə söz vermək istəyirəm ki, kim olmasından asılı olmayaraq ölkəmizi təhqir edən hər bir insana qarşı çıxacam. Bunu mən orada da bildirdim. Maksimal dərəcədə çalışdım ki, bu qısa bir cavab olaydı və ümid varam ki, ölkə daxilində baş verən müəyyən proseslər Gürcüstan və gürcü xalqının təhqir edilməsi üçün istifadə edilməyəcək. Bu düzgün davranış deyil. Anlayıram ki, “Şəffaflıq Gürcüstan” siyasi prosesə qoşulub, lakin, lakin, siyasətin də öz qaydaları var. Əsas qayda və qırmızı xətt öz vətənindən keçir”, – Tea tsulukiani bəyan etdi.