Tbilisidə küpə şərabının festivalı keçirilir
Tbilisidə küpə şərabının festivalı keçirilir

Tbilisidə, yeniləşdirilmiş Orbeliani Meydanında bu gün “Travel in Georgia with Wine” adlı küpə şərabının festivalı keçirilir.

Festivalın məqsədi turizmin dəstəklənməsi, ölkənin şərab imicinin beynəlxalq səviyyədə möhkəmləndirilməsi, küpə şərabı istiqaməti ilə biliyin səviyyəsinin yüksəldilməsi və şərab turizminin artırılmasıdır.

Festivalda 50 ailə zirzəmisi iştirak edəcək. Füstival kiçik ailə zirzəmilərinin təşəbbüsü və Tbilisi Meriyası, Milli Şərab Agentliyi və Turizm Departamentinin dəstəyi ilə keçirilir. Festivalda gürcü xalq mahnıları ansambllarının, folklor dəstələrinin və etno caz-bendinin mahnıları ifa olunur.

Nadir küpə şərabının pulsuz dequstasiyası olacaq. Həmçinin hər bir zirzəmi festivalda ən azından 30 şüşə satış şərabını təqdim edəcək və turizmə imkanların yaradılması məqsədi ilə rəmzi qiymətə – 10 lariyə satılacaq.

Festival saat saat 22:00-dək davam edəcək.

Şərh yaz