Tbilisidə küpə şərabının festivalı keçiriləcək
Tbilisidə küpə şərabının festivalı keçiriləcək

Tbilisidə, yeniləşdirilmiş Orbeliani Meydanında bu gün “Travel in Georgia with Wine” adlı küpə şərabının festivalı keçiriləcək. Festivalda 50 ailə zirzəmisi iştirak edəcək. Füstival kiçik ailə zirzəmilərinin təşəbbüsü və Tbilisi Meriyası, Milli Şərab Agentliyi və Turizm Departamentinin dəstəyi ilə keçirilir.

Festivalda gürcü xalq mahnıları ansambllarının, folklor dəstələrinin və etno caz-bendinin mahnıları ifa olunacaq.

Nadir küpə şərabının pulsuz dequstasiyası olacaq. Həmçinin hər bir zirzəmi festivalda ən azından 30 şüşə satış şərabını təqdim edəcək və turizmə imkanların yaradılması məqsədi ilə rəmzi qiymətə – 10 lariyə satılacaq.

Festival qonaqları saat 15:00-dan saat 22:00-dək gözləyir.